AİHM “Nardaran işi”nin fiqurantlarının şikayətlərini araşdırır

Avropa İnsan Haqları Məhkəməsi bu ilin oktyabrında Azərbaycandan göndərilmiş 43 ərizəni araşdırmağa başlayıb.

Hüquqşünas Xalid Ağaliyevin verdiyi məlumata görə, ərizəçilərin əksəriyyəti 2015-ci ilin noyabr ayında Nardaran qəsəbəsində baş vermiş hadisələrdə saxlanılan, həbs edilən, məsuliyyətə cəlb edilənlərdir.

“Məhkəmə hazırda 40 belə ərizəçinin işini araşdırır. Ərizəçilərn hamısı “Müsəlman Birliyi” dini hərəkatının üzvləri, tərəfdarlarıdırlar və ya rəsmi qurumlar tərəfindən belə qəbul edilirlər”, deyə hüquqşünas bildirib.

26 noyabr 2015-ci il tarixdə baş vermis Nardaran hadisələrinin gedişində Daxili İşlər Nazirliyinin əməkdaşları Müsəlman Birliyi hərəkatının üzvləri və tərəfdarlarının, o cümlədən, hərəkatın rəhbəri Taleh Bağırovun həbs edildiyi əməliyyat keçiriblər. Əməliyyatdan sonrakı günlərdə də həbslər, saxlanılmalar davam edib. Həbs edilənlər daha sonra terrora hazırlıq, terror törətməyə açıq çağırışlar, kütləvi iğtişaşlar törətməyə çağırışlar, qanunsuz olaraq silah, partlayıcı maddələr əldə etmək, saxlamaq və gəzdirmək, hakimiyyəti zorakılıqla ələ keçirmək, silahlı birləşmələr və ya qruplar yaratmaq və başqa cinayətlərdə təqsirli sayılaraq, müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Xalid Ağaliyev bildirib ki, AİHM ərizələri birləşdirib, onları hökumətlə 4 iş çərçivəsində kommunikasiya edir.

Ağayev və başqaları Azərbaycana qarşı işində 9 ərizəçinin (Elman Ağayev, Ruzi İsmayılov, Ramil Seyfullayev, Cabir Əliyev, Mehman Məmmədov, Mehman Quliyev, Əli Hüseynov, Faiq Allahverdiyev, Mübariz İbrahimov), Qasımov və başqaları Azərbaycana qarşı işində 10 ərizəçinin (Elçin Qasımov, Agaəli Yəhyayev, Nahid Qəhrəmanov, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Vüsal Alış, Isa İbrahimov, Əli Şahbazov, Əmirəli Əliyev) şikayətləri araşdırılır. Taleh Bağırov və başqlarının işində ümumilikdə 19 ərizəçinin (Taleh Bağırov, Şamil Abdullayev, Bəhruz Əsgərov, Cahad Babakişizadə, Fərhad Balayev, Əlibala Vəliyev, Abbas Quliyev, Abbas Hüseynov, Məmmədbagir Hüseynov, Aqil İsmayılov, Etibar İsmayılov, Cabbar Cabbarov, Rasim Cəbrayılov, Ibrahim Xudaverdiyev, Ramin Yarıyev, Zakir Mustafayev, Əli Nuriyev, Abbas Tağızadə, Fuad Qəhrəmanlı və Müsəlman Birliyi Hərəkatı) şikayətləri kommunikasiya edilməyə başlayıb. Elxan İsgəndərov və Əbülfəz Bünyatovun şikayətləri birlikdə araşdırılır”, deyə o bildirib.

Ağaliyev deyir ki, ərizəçilər onlara münasibətdə Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi həyata hörmət), 9-cu (din azadlığı), 10-cu (ifadə azadlığı), 11-ci (birləşmək hüququ) və 18-ci (Hüquqlarla bağlı məhdudlaşdırmalardan istifadənin hədləri) maddəsinin pozuntusunun baş verdiyini iddia edirlər. Ərizəçiləri AİHM qarşısında 13 yerli və əcnəbi hüquqşünas və vəkillər təmsil edir.

AİHM-nin oktyabrda araşdırmağa başladığı digər iş Vəkillər Kollegiyasından xaric edilən vəkil Yalçın İmanovun şikayəti ilə bağlıdır.

“İnsan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış vəkil kimi tanınan Y.İmanov müvəkkillərindən birinin həbsxanada pis rəftara məruz qalması haqda mətbuata verdiyi açıqlamasından sonra vəkillikdən xaric edilmişdi. O, mətbuata verdiyi açıqlamalara görə vəkillikdən uzaqlaşdırlmasının onun Konvensiya ilə təminat altına alınan şəxsi həyata hörmət və ifadə azadlığı hüququnu pozduğunu iddia edir. Y.İmanov həmçinin iddia edir ki, dövlət tərəfindən Konvensiyanın 8 və 10-cu maddələrinə əsasən ona tətbiq edilmiş məhdudiyyətlər, Konvensiyanın 18-ci maddəsinə zidd şəkildə, həmin müddəalarda nəzərdə tutulmuş məqsədlərdən başqa məqsədlər üçün tətbiq edilib”

Zöhrə Hacıyeva və Fatma Əsgərova Azərbaycana qarşı işində mülkiyyət hüququnun pozuntusu mübahisələndirilib. Bu işdə ərizəçilərin əmlakları Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən özgəninkiləşdirilib. Ərizəçilər onlara əlavə kompensaiya ödənilməməsindən şikayət ediblər.

Previous Post

The ECHR investigates the complaints of the defendants in the “Nardaran case”

Next Post

The cases of the convicted in the Terter events will be reviewed

Start typing to see posts you are looking for.