Ali Məhkəmə AXCP fəalı barəsində hökmü qüvvədə saxlayıb

Ali Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, qarışıq döyüş növləri üzrə Avropa çempionu, Səid Bakuvi kimi məşhur olan Səid Məmmədzadənin şikayətini təmin etməyib.

İndi müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. “Biz Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (ifadə azadlığı) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddəsi üzrə hüquqların pozulması məsələsini qaldıracağıq”, deyə vəkil bildirib.

Məmmədzadə özü bildirib ki, başqa bir qərar gözləmirdi. “Qanunun aliliyinin və ədalətin olmaması bir daha təsdiqini tapdı. Mənə qarşı cinayət işi saxtalaşdırılmışdı və Ali Məhkəmə heç nəyi dəyişdirmədi”, deyə fəal öz Facebook səhifəsində yazıb. 

Xatırladaq ki, Məmmədzadə 2020-ci ilin mayında xuliqanlıq ittihamı ilə həbs edilib. Elə həmin ilin iyulunda o, ev dustaqlığına keçirilib. Amma 2021-ci ilinn aprelində Məmmədov yenidən həbs edilib və 3,5 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin aprelində Apellyasiya Məhkəməsi real müddəti şərti cəza ilə əvəz edib və fəalı azad edib. -16D06-

Previous Post

Polad Aslanov beaten in colony – wife

Next Post

Supreme Court upholds conviction of PPFA activist

Start typing to see posts you are looking for.