Almaniyadan deportasiya olunmuş fəal Məlik Rzayev 7 il müddətinə azadlıqdan məhrum edilib

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi çərşənbə günü Almaniyadan deportasiya olunmuş fəal Məlik Rzayev barəsində hökmü elan edib. O, külli miqdarda narkotik vasitənin ticarətində ittiham olunaraq (CM-in 234.4.3-cü mad.), 7 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkili Nemət Kərimlinin verdiyi məlumata görə, Rzayev özünü təqsirli bilməyib. Müdafiə tərəfi hökmdən şikayət vermək niyyətindədir.

Məlik Rzayev ötən ilin oktyabrından etibarən Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən yeddi fəaldan biridir.

Onlardan beşi narkotik vasitələrin qanunsuz dövriyyəsində, biri bədən xəsarəti yetirməkdə, digəri isə məhkəmə qərarını icra etməməkdə ittham olunub.

Previous Post

Activist Malik Rzayev, who was deported from Germany sentenced to seven years

Next Post

European Court announces five new decisions on Azerbaijan

Start typing to see posts you are looking for.