Almaniyadan ekstradisiya olunan fəal 6 il müddətinə həbs olunub

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Xalq Cəbhəsi Partiyasının fəalı Cəfər Mirzəyev barəsində hökm çıxarıb.

Prokuror məhkəmədən onu 7,5 il müddətinə azadlıqdan məhrum etməyi istəmişdi. Vəkil Nemət Kərimli yekun çıxışında fəala bəraət verməyi xahiş edib, onun əsassız həbs edildiyini və məhkəmədə Mİrzəyevin təqsirinin sübuta yetirilmədiyini bildirib.

Mirzəyev özü ittihamı təkzib edib, onu siyasi motivli adlandırıb.

* Cəfər Mirzəyev ötən ilin payızında Almaniyadan deportasiya edildikdən sonra həbs olunan 5 fəaldan biridir. Onlar hamısı narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunublar. Daha iki fəal başqa ittihamla həbs edilib. Hüquq müdafiəçiləri onların hamısını siyasi məhbus kimi tanıyıb.

Bütün həbslərin əsl səbəbi siyasi mühacirlərin Avropada Azərbaycandakı siyasi məhbusların azad edilməsi tələbi ilə aksiyalarda iştirakı olub.

Mirzəyev 25 noyabr 2021-ci il tarixində AFR-dən deportasiya olunub və yanvarın 27-də Bakıda həbs olunub. Ona qarşı CM-in 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.

Previous Post

Activist extradited from Germany sentenced to 6 years

Next Post

“Musavat” Party member questioned by police for hours

Start typing to see posts you are looking for.