Apellyasiya Məhkəməsi Araz Əliyevi həbsdə saxlayıb

[vc_row][vc_column][vc_column_text]Bu gün Bakı Apellyasiya Məhkəməsində “Üçüncü Respublika” platformasının həmtəsisçisi Araz Əliyevin həbsilə bağlı şikayətə baxılıb.
Əliyev dekabrın 23-də saxlanılıb, ertəsi gün məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmamaq) maddələrilə 25 sutka həbs cəzasına məhkum edib.
Müdafiə tərəfi apellyasiya şikayətində göstərib ki, Əliyev ona qarşı irəli sürülən hüquq pozuntularını törətməyib, saxlanılarkən özü fiziki təzyiqə məruz qalıb.
Buna baxmayaraq, məhkəmə şikayəti təmin etməyib, vəkil Nemət Kərimli Turan-a bildirib.
Onun sözlərinə görə, saxlanma zamanı zorakılıqla bağlı prokurorluğa şikayət edib.
Ancaq hələlik bununla bağlı ondan ifadə alınmayıb.
Vəkilin sözlərinə görə, Araz Əliyevin Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanma məntəqəsində rəftardan şikayəti yoxdur.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The Court of Appeal has kept Araz Aliyev under arrest

Next Post

A PFPA activist has declared a hunger strike in prison

Start typing to see you are looking for.