Apellyasiya Məhkəməsi AXCP fəalı barəsində hökmü qüvvədə saxlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Paşa Ümidov barəsində hökmü dəyişdirməyib.

O, 2019-cu il oktyabrın 15-də saxlanılıb və Azərbaycan CM-in 234.2-ci maddəsi (narkotik vasitələrin qanunsuz saxlanması, satışı, hazırlanması) ilə təqsirli bilinib.

2020-ci ilin avqustunda Ümidov 4,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sonradan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Amma ötən ilin dekabr ayında Ali Məhkəmə şikayətə yenidən baxılması üçün işi apellyasiya instansiyasına qaytarıb.

Martın 10-da keçirilən iclasda Ümidov bir daha ona qarşı irəli sürülən ittihamları təkzib edib və həbsini siyasi baxışları ilə izah edib.

Dövlət ittihamçısı məhkəmədən hökmü dəyişdirmədən saxlamağı xahiş edib, hakim belə də edib.

“Apellyasiya Məhkəməsi formal olaraq Ali Məhkəmənin göstərişini yerinə yetirərək, şahidləri dinləyib. Ümidovu saxlayan əməliyyatçı dindirilsə də və biz onun yalan danışdığını sübut edə bilsək də, məhkəmə bunu nəzərə almayıb”, deyə vəkil Zibeydə Sadıqova bildirib.

Qeyd edək ki, Ümidov AXCP lideri Əli Kərimlinin sürücüsü və cangüdənidir. Hüquq müdafiəçiləri Ümidovu siyasi məhbus kimi tanıyıblar.

Previous Post

Council of Europe Committee to discuss cases of Azerbaijani activists

Next Post

Court of Appeal upholds verdict on PFPA activist

Start typing to see you are looking for.