Apellyasiya Məhkəməsi Fərid Mehralızadəni azad etməyib

Bakı Apellyasiya Məhkəməsi iqtisadçı Fərid Mehralızadənin  həbsilə bağlı şikayəti təmin etməyib, vəkil Cavad Cavadov Turan-a bildirib.

Müdafiə tərəfi həbsin qanunsuz olmasına dair dəlilləri məhkəməyə təqdim edib. “Fərid özü də həbsi üçün əsasın olmadığını dedi. Onun “Abzas Media” nəşrilə heç bir əməkdaşlığı olmayıb. Təəssüf ki, məhkəmə bütün bunları nəzərə almadı”, – vəkil deyib.

Onun sözlərinə görə, növbəti mərhələdə müdafiə tərəfi həbsin ev dustaqlığı ilə əvəz olunması barədə məhkəməyə müraciət edəcək.  Cavadov deyib Mehralızadənin saxlanma şəraitilə bağlı şikayəti yoxdur. 

*Mayın 31-də Fərid Mehralızadə “Abzas Media”nın işi üzrə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən  qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb və iyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçını 3 ay 20 gün müddətinə həbs edib. Bu iş üzrə altı jurnalist və media işçisi həbs olunub. Digər iki nəfərin barəsində cinayət işləri ayrıca icraata götürülüb.
Previous Post

Court of Appeal does not release Farid Mehralizade

Next Post

The court refused to release the heads of “Abzas Media” on bail

Start typing to see you are looking for.