Dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsi iki müxalifətçi fəalın-İlham Hüseyn və Rüstəm İsmayılbəylinin inzibati həbsindən şikayətlərə baxıb.
Dekabrın 1-də Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü İlham Hüseynov və gənc fəal Rüstəm İsmayılbəyli uzun müddət həbsdə aclıq edən Saleh Rüstəmlinin müdafiəsinə yönəlmiş aksiya ilə əlaqədar saxlanılıblar. Dekabrın 2-də Səbayel Rayon Məhkəməsi onların hər birini sosial məsafəni pozmaqda ittiham edərək 30 gün inzibati həbs cəzasına məhkum edib.
Apellyasiya Məhkəməsi hər iki fəalın şikayətini təmin etməyib, onları həbsdə saxlayıb.
Hər iki fəalın müdafiə tərəfi perspektivdə onların hüquqlarının pozulmasının tanınmasına nail olmaq məqsədilə Avropa məhkəməsinə müraciət edəcək.