Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun şikayətini qismən təmin edib

[vc_row][vc_column][vc_column_text]Avqustun 18-də Bakı Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun telefon danışıqlarına və ailə üzvləri ilə görüşlərinə qadağa qoyulması ilə bağlı kassasiya şikayətini qismən təmin edib. Apellyasiya Məhkəməsi Qubadoğlunun şikayətinə baxmaqdan imtina edən Nərimanov Rayon Məhkəməsinin qərarını ləğv edərək işi yeni məhkəmə baxışına qaytarıb. Bu barədə “Turan”a vəkil Bəhruz Bayramov məlumat verib.

Xatırladaq ki, tanınmış iqtisadçı və müxalifətçi Qubud İbadoğlu iyulun 24-də mütəşəkkil dəstə ilə saxta pul hazırlamaqda ittiham olunaraq saxlanılıb.

Azərbaycan Daxili İşlər Nazirliyi Q.İbadoğlunun Türkiyədə terrorizmdə ittiham olunan FETÖ təşkilatının tərəfdarları ilə əlaqədə olduğunu bəyan edib. Qubad İbadoğlu bu ittihamları absurd adlandıraraq rədd edib.

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, həbsin əsl səbəbi Azərbaycan hakimiyyətinin tənqidi və hakimiyyətin ən yüksək eşelonlarında korrupsiya faktlarının araşdırılmasıdır. Bundan başqa, Q.İbadoğlu dövlət məmurlarından müsadirə olunan pullardan Qərbdə fond yaradılması və onlardan azərbaycanlı tələbələrin təhsili üçün istifadə olunması təşəbbüsü ilə çıxış edib.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The Court of Appeal partially satisfied the complaint of Gubad Ibadoglu

Next Post

Khatai court judge put Bakhtiyar Hajiyev in a glass cage and did not release him under house arrest

Start typing to see you are looking for.