Apellyasiya Məhkəməsi Əvəz Zeynallın azad etməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsi “Xural” TV Youtube kanalının rəhbəri Əvəz Zeynallının həbsilə bağlı şikayəti təmin etməyib.

Məhkəmə həmçinin həbsin alternativ qətimkan tədbirilə əvəzlənməsi və ya zaminə buraxılma ilə bağlı müdafiə tərəfinin vəsatətlərini təmin etməyib.

Sentyabrın 11-də Bakının Binəqədi Rayon Məhkəməsi Əvəz Zeynallı və Elçin Sadıqovu 4 ay müddətinə həbs edib. Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3 və 32.5, 311-ci (külli miqdarda rüşvət almağa kömək etmə) maddələrilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçiləri Zeynallı və Sadıqova qarşı ittihamları uydurma və siyasi motivli hesab ediblər.

Previous Post

Appeals court did not release Avaz Zeynally

Next Post

Dunja Mijatović  calls for the release of E. Sadigov and A. Zeynalli

Start typing to see posts you are looking for.