AŞPA həmməruzəçisi Aytən Məmmədoyaya qarşı hücumu qınayıb

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak jurnalist Aytən Məmmədovaya qarşı hücumun araşdırılmasını təqib edəcək. Bu barədə Turan-a AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak bildirib.

“Bu xəbəri eşidəndə şok oldum. Biz AŞPA-nın məruzəçisi olaraq bu msələni araşdıracayıq”. Onun sözlərinə görə, tezliklə b AŞPA-ya Azərbaycanla bağlı hesabat yazmalıdırlar.

“Bu, yüksək səviyyəli cinayətdir və biz hökuməti dinləyəcəyik, nə edəcəklər. Biz aydın fəaliyyət və addımlar görmək istəyirik. Dövlət jurnalistləri və azad mətbuatı qorumalıdır. Bu, bir ölkədə demokratiyanın səviyyəsi haqqında sizə məlumat verəcəkdir”, deyə Şennak qeyd edib.

Previous Post

Renowned journalist Ayten Mammadova attacked

Next Post

PACE co-rapporteur condemns attack on Ayten Mammadova

Start typing to see you are looking for.