Avropa Şurası Nazirlər Komitəsi azərbaycanlı fəalların işlərini müzakirə edəcək

Avropa Şurası Nazirlər Komitəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra durumu müzakirə edilcək. Əsasən Azərbaycanla bağlı işlərə baxılacaq, vəkil Xalid Ağalıyev bildirib.

Belə ki,   Avropa İnsan Hüquqları Məhkəməsi hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, Leyla Yunus və Arif Yunus, jurnalist Xədicə İsmayıl (iki iş) və gənc fəallar Məmməd Əzizov və Şahin Novruzlunun işi üzrə qərarların tam icra olunmaması məsələsini nəzarətdə saxlayır.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında göstərilir ki, bu ərizəçilər hakimiyyəti tənqid etdiklərinə görə təqiblərə məruz qalıblar və onların barəsində Avropa Konvensiyasının 18-ci maddəsi, yəni onlara qarşı cinayət işlərinin siyasi motivləri pozulub.

Ərizəçilər vaxtından əvvəl həbsxanadan azad ediliblər, lakin bəraət almayıblar, buna görə də məhkumluğun olması onların bəzi hüquqlarını məhdudlaşdırır.

Previous Post

Police detained PPFA meeting participants

Next Post

Council of Europe Committee to discuss cases of Azerbaijani activists

Start typing to see posts you are looking for.