Avropa Şurası Nazirlər Komitəsi yeddi azərbaycanlı fəalın tam bəraətinə çağırıb

Martın 7-9-da Avropa İnsan Hüquqları Məhkəməsinin hökmlərinin icrasına nəzarət çərçivəsində keçirilən iclasda Avropa Şurasının Nazirlər Komitəsi 16 dövlətlə bağlı 36 qərar qəbul edib. Bu barədə Avropa Şurası mətbuat xidmətinin məlumatında deyilir.

Sözügedən sənədlər arasında “Məmmədli qrupu Azərbaycana qarşı” işi üzrə qərar da var. Bu qərar ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin: İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Qiyas İbrahimov, Bayram Məmmədov, Arif və Leyla Yunusların işlərinə aiddir.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında xatırladılıb ki, bu ərizəçilər hakimiyyətin tənqidinə görə təqib olunub və onların barəsində  Avropa Konvensiyasının 18-ci maddəsi pozulub ki, bu da təqiblərin siyasi motivli olması deməkdir.

Nazirlər Komitəsi ərizəçilərin üzərindən məhkumluğun götürülməsini və cinayət ittihamlarının bütün nəticələrinin aradan qaldırılmasını, o cümlədən onların mülki hüquqlarının tam bərpasını tələb edir.

Komitə bir daha ümid etdiyini bildirib ki, məhkəmə çəkişməsi ən qısa müddətdə başa çatacaq. O bir daha hakimiyyəti ərizəçilərə qarşı hökmlərin dərhal ləğv edilməsini təmin etmək üçün bütün tədbirləri görməyə çağırıb.

Komitə 5-7 iyun 2023-cü il tarixli iclasda bu işlərə yenidən baxacaq.

Komitə həmçinin “Qafqaz Məmmədovun qrupu Azərbaycana qarşı” işi üzrə qərarların icrası məsələsinə baxıb. Bu, etiraz aksiyalarında iştiraka görə saxlanmalar və həbslərlə bağlı Azərbaycandan şikayətlər üzrə 30-a yaxın işi əhatə edib. 5 nəfərlə bağlı kompensasiya hələ də ödənilməyib, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan üzrə qərarlarının monitorinqini aparan hüquqşünas Xalid Ağaliyev bildirib. Ümumi tədbirlərə gəlincə, hökumət Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər planını hələ də təqdim etməyib.

Previous Post

The Committee of Ministers of the Council of Europe called for the full rehabilitation of seven Azerbaijani activists

Next Post

Religious activist dies in courtroom

Start typing to see posts you are looking for.