AXCP fəalı polis bölməsində döyülüb

Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Elnur Həsənov fiziki təzyiqə məruz qalıb.
AXCP-dən Turan-a verilən məlumata görə, Bakı İstintaq Təcridxanasında saxlanılan Həsənov yanvarın 25-də Bakının Xətai Rayon Polis İdarəsinə aparılıb.
“Orada 4 polis əməkdaşı onu səbəbsiz olaraq döyüb. Növbəti gün o, İstintaq Təcridxanasına qaytarılıb”, deyə AXCP-dən bildiriblər.
Vəkil Nemət Kərimli bildirib ki, müdafiə tərəfi prokurorluğa şikayət verəcək. DİN-dən şərh almaq mümkün olmayıb.
Həsənov noyabrın 28-də qanunsuz narkotik dövriyyəsi (CM-in 234.4.3-cü mad.) ittihamı ilə həbs olunub. O, ittihamı təkzib edir və hesab edir ki, həbsinin əsl səbəbi yol polisinin hərəkətlərini tənqid etməsidir.

Previous Post

PPFA activist beaten in police custody

Next Post

AZEX calls on OSCE/ODIHR not to allow their platform to be used as a whitewashing tool for undemocratic elections in Azerbaijan

Start typing to see posts you are looking for.