AXCP fəalı polisdən prokurorluğa şikayət edib

Avqustun 16-da vəkil Nemət Kərimli həbs olunmuş Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətovla saxlandığı 3 saylı İstintaq Təcridxanasında görüşüb. 

Aqil Hümbətov vəkilə Xəzər Rayon Polis İdarəsində ağır işgəncələrə məruz qaldığını bildirib. “Aqil Hümbətov mənə deyib ki, onu soyundurub zorlayacaqları ilə hədələyiblər”.

A.Hümbətov məhz buna görə etirafedici ifadələrə qol çəkdiyini iddia edib.

O, özünə qarşı irəli sürülən ittihamları rədd edib. 

Nemət Kərimli bildirib ki, məsələ ilə bağlı prokurorluğa şikayət verilib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turana bildirib ki, həmin iddialar əsassızdır. “Heç bir halda istintaq orqanında şübhəli bilinən, ittiham olunan şəxsin fiziki təzyiqə məruz qoymağa ehtiyac yoxdur. İddialar əsassızdır. Həmin başlanmış cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

E.Hacıyev həmçinin əlavə edib ki, vətəndaşın istintaqın gedişatı ilə bağlı hər hansı şikayəti varsa onun şikayət etməyə hüququ var. 

Aqil Hümbətov yaşadığı Zirə qəsəbəsində Yaman Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Previous Post

Yunis Safarov sentenced to life imprisonment

Next Post

“Toplan” əməkdaşları heyvansevər fəalların həbsini tələb edir

Start typing to see posts you are looking for.