Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə binasının qarşısında saxlanılıblar

Oktyabrın 8-də səhər Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında polis Xalq Cəbhəsi Partiyasının bir neçə üzvünü səbəbsiz yerə saxlayıb. Turan-ın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, partiyanın altı üzvü, arasında qadınlar da var, zorla avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.

Məhkəmə binasının qarşısında polis dəstələri düzülüb. Bu tədbirlər onunla bağlıdır ki, bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədova hökm oxunacaq. Prokuror terrorizmin maliyyələşdirilməsi kimi saxta ittihamla onun 15 il azadlıqdan məhrum edilməsini istəyir.

Proses açıq olsa da, polis zala heç kimi buraxmayıb.

Xatırladaq ki, Niyaməddin Əhmədov partiya lideri Əli Kərimlinin mühafizəçisidir.

Previous Post

Police detained Bakhtiyar Hajiyev

Next Post

PPFA activists detained in front of the courthouse

Start typing to see posts you are looking for.