Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Ramiz Cəfərov inzibati qaydada həbs edilib

November 3rd, 2021

Noyabrın 3-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Ramiz Cəfərov inzibati qaydada həbs edilib.

Partiyadan verilən məlumata görə, o, Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsinə çağırılıb.

Daha sonra fəalı məhkəməyə aparıblar və 25 sutka müddətinə inzibati qaydada həbs olunub. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabe olmamaq) maddəsilə təqsirli bilinib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasında hesab edirlər ki, Cəfərov sosial şəbəkələrdəki fəaliyyətinə görə siyasi motivlərlə təqib olunur.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.—06d-