Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalına qarşı ittihamı ağırlaşdırıblar

İyunun 3-də Gəncə Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Razi Alışovun həbsilə bağlı şikayəti təmin etməyib. Üstəlik, istintaq ona qarşı ittihamı ağırlaşdırıb.

Belə ki, öncə onu Cinayət Məcəlləsinin 234.2-ci maddəsi (satış məqsədilə narkotik maddələrin qanunsuz əldə edilməsi və ya saxlanılması) ilə ittiham ediblər. İndi ittiham 234.4.3-cü maddəyə (satış məqsədilə külli miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi və ya saxlanılması) tövsif edilib.

Əgər əvvəl onu 3 ildən 7 ilədək azadlıqdan məhrumolunma gözləyirdisə, indi bu müddət 5 ildən 12  ilədək olub.

Məhkəmədə Alışov polisdəki işgəncələrdən də şikayət edib. Fəal bildirib ki, döyüldükdən sonra sol qulağı pis eşitməyə başlayıb.

Məhkəmənin binası qarşısında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları müstəntiqdən təqsirləndirilən şəxsə qarşı zorakılığın səbəblərini soruşublar. Müstəntiq zorakılıq faktını rədd edərək deyib ki, “ona işgəncə verməyiblər, bəlkə ağacdan düşüb?»

Azərbaycan Xalq Cəbhəsi Partiyasında  hesab edirlər ki, Alışov siyasi fəaliyyətinə və sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə təqib olunur.

Previous Post

The charge for the PFPA activist aggravated

Next Post

Religious activist Fagan Mammadov sentenced to 6 years of imprisonment

Start typing to see posts you are looking for.