Bəxtiyar Hacıyevin həbs müddəti  uzadıldı

Yanvarın 21-də Xətai Rayon Məhkəməsində Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Məhkəmə  həbs qətimkan tədbirinin davamı ilə bağlı təqdimat təmin edilib. Qərara əsasən, Bəxtiyar Hacıyevin həbs müddəti 28 fevral 2023-cü il tarixinədək uzadılıb.

Vəkil Nemət Kərimli bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

“Bəxtiyar birmənalı şəkildə həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir. O qeyd etdi ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərib. O, hakimin Avropada insan hüquqları üzrə təhsil aldığına vurğu etdi və oxuduqlarına hörmət etməyə, düzgün qərar qəbul etməyə tövsiyə etdi. Lakin məhkəmə vəsatətimizi təmin etmədi”, deyə, Kərimli bildirib.

* Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb.

Previous Post

Bakhtiyar Hajiyev’s prison term was extended

Next Post

Court of Appeal left Bakhtiyar Hajiyev in custody

Start typing to see posts you are looking for.