Bəxtiyar Hacıyevin həbs müddəti daha iki ay uzadılıb

İstintaq orqanının təqdimatı ilə Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətini daha iki ay – iyunun 28-dək uzadıb.

Bu barədə fəalın vəkili Bəxtiyar Hacıyeva məlumat verib.

Onun sözlərinə görə, H.Hacıyevin özü və müdafiə tərəfi məhkəmənin qərarı ilə razılaşmadıqlarını bildiriblər. Bu qərardan şikayət veriləcək.

*Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb.

Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb. Fevralın 23-də isə Xətai nəhkəməsi həbs müddətini daha 2 ay-aprelin 28-dək uzadıb.

Məhkəmələr məhkəmə istintaqı başlayana qədər həbs qətimkan tədbirinin dəyişdirilərək Bəxtiyar Hacıyevin ev dustaqlığına keçirilməsi və ya girov müqabilində azad edilməsilə bağlı vəkillərin çoxsaylı vəsatətlərini təmin etməyiblər.

Fevralın 28-də aclığın 51-ci günündə Hacıyev aclığı dayandırıb.

Dövlət Departamenti, ABŞ Senatı, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad edilməsinə çağırıblar.-

Previous Post

Term of arrest of Bakhtiyar Hajiyev extended for another two months

Next Post

Anar Asadli, head of “Rise” Party, arrested

Start typing to see posts you are looking for.