Bakı Apellyasiya Məhkəməsi müxalifətçini həbsdə saxlayıb

[vc_row][vc_column][vc_column_text]Bakı Apellyasiya Məhkəməsi Almaniyadan deportasiya edildikdən sonra həbs olunmuş Pünhan Kərimlini 5 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə Turan-a fəalın vəkili Cavad Cavadov bildirib.

2021-ci ilin noyabrında Kərimli deportasiya edilib və iki ay sonra Azərbaycanda qanunsuz narkotik maddə alveri ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 6 il müddətinə azadlıqdan məhrum edib. Sonradan Apellyasiya Məhkəməsi müddəti bir il azaldıb.

Mayın 16-da Ali Məhkəmə Kərimlinin kassasiya şikayətini qismən təmin edərək işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb.

Vəkil Cavadovun sözlərinə görə, işə yenidən Apellyasiya Məhkəməsində baxılması onunla əlaqədardır ki, Ali Məhkəmə Kərimlinin kassasiya şikayətini qismən təmin edib və işi apellyasiya instansiyasına qaytarıb.

“Hesab edirik ki, Apellyasiya Məhkəməsi Ali Məhkəmənin göstərişlərinə əməl edilməyib. Göstərişlərdən ikisi bəraətverici əsaslarla, biri isə tövsiflə bağlı idi. Yəni, Cinayət Məcəlləsinin 234.4.1 maddəsi bir qrup şəxs tərəfindən əlbir olub narkotiki satış məqsədilə əldə etməyi əhatə edir. Cinayət işinin məhkəmə istintaqında satış və bir qrup şəxsin olması sübut olunmayıb. Lakin Apellyasiya Məhkəməsi maddəni dəyişmədi və 5 il azadlıqdan məhrumetmə cəzasını təyin etdi”, – vəkil deyib.

O bildirib ki, müdafiə tərəfi yenidən Ali Məhkəməyə kassasiya şikayəti verəcək.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

Baku Court of Appeal has left the oppositionist in custody

Next Post

The European Court fined Azerbaijan more than 65 thousand euros

Start typing to see you are looking for.