Bakının mərkəzində etiraz aksiyasının 150-yə yaxın iştirakçısı saxlanılıb

Noyabrın 11-də Bakının mərkəzində etiraz aksiyası zamanı 150 nəfərə yaxın saxlanılan olub, bu barədə Turan-a nümayişin monitorinqini aparan “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının üzvü Zəfər Əhmədov bildirib.

Onun sözlərinə görə, bir qrup şəxs aksiya başlamazdan əvvəl saxlanılıb.

Hüquq müdafiəçisi bildirib ki, saxlanılanların siyahısı dəqiqləşdirilir.

Əhmədov əvvəlki aksiya ilə müqayisədə bu dəfə polisin hədsiz güc tətbiq etdiyinə diqqət çəkib.

Xüsusən, Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, bir sıra digər fəallar amansızca döyülüb.

Jurnalistlərə də təzyiq göstərilib, deyə hüquq müdafiəçisi sözünə davam edib.

Bu zaman jurnalistlər arasında özünü reportyor kimi qələmə verib, media nümayəndələrini itələyən və onların işinə mane olan şəxslərin ortaya çıxması “yenilik” olub, deyə Əhmədov qeyd edib.

Qeyd edək ki, saat 16.00 radələrində başlayan aksiya bir saata yaxın davam edib. Bütün bu müddət ərzində çoxsaylı polis əməkdaşları metronun “İçəri Şəhər” stansiyası yaxınlığında şüar səsləndirən və ya qrup şəklində Bakı Şəhər İcra Hakimiyyətinin binasına tərəf hərəkət edən hamını saxlayıb.

Aksiya Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən toplaşmaq azadlığının təmin edilməsi, quru sərhədlərinin açılması, siyasi məhbusların azad edilməsi, azad seçkilər keçirilməsi və demokratik islahatlar aparılması tələbi ilə təşkil olunub.

Previous Post

About 150 protesters detained in the center of Baku

Next Post

Orhan Zeynalli, an activist of the “Democracy-18” Movement arrested for 30 days

Start typing to see posts you are looking for.