Cəzaçəkmə müəssisəsində AXCP fəalına tibbi yardım göstərilməsindən imtina edilir

August 4th, 2021

17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Xalq Cəbhəsi Partiyasının üzvü Əlizamin Salayevin xəstəxanaya yerləşdirilməsinə ehtiyac var. Bu barədə onun oğlu Oqtay Salayev bildirib.

Onun sözlərinə görə, atasının səhhətində ciddi problemlər var. Cəzaçəkmə müəssisəsində sıxlıq ürək xəstəliyini ağırlaşdırıb və onun gündə 3-4 dəfə ürəktutmaları olur, deyə fəalın oğlu iddia edir.

Bu zaman Salayev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmür.

Oğlu hesab edir ki, onu qəsdən etiraza təhrik edirlər ki, avqustun 6-da vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında şikayətinə baxılması ərəfəsində karserə salsınlar.

Bununla belə, avqustun 3-də vəkil Elçin Sadıqov Salayevin yanına buraxılmayıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Salayevə tibbi yardım göstərilməməsi haqqında iddiaları təkzib ediblər, onun səhhətində problem olmadığını qeyd ediblər.

Vəkilin məhbusla görüşünə gəlincə, idarədən qeyd ediblər ki, müdafiəçilərin məhbuslarla görüşmələrində problem yoxdur.

“Sadəcə olaraq riayət olunmalı olan müəyyən prosedur qaydaları var”, deyə Penitensiar Xidmətin nümayəndəsi qeyri-müəyyən şəkildə bildirib.

* Əlizamin Salayev 2020-ci il aprelin 20-də yerli polis zabitinin şikayəti əsasında Salyan Rayon Məhkəməsinin hökmü ilə “böhtan” və “təhqir” ittihamı ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. İddiaya Salayevin internetdə yaydığı, polislə söhbətində onu 21 yaşlı yerli sakini onunla birgə yaşamağa təhrik etməkdə ittiham etdiyi video səbəb olub.

Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

By TURAN