COP29 məkanında ekofəallar aksiyalar keçirib

Noyabrın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirildiyi məkanda ekofəallar iqlim dəyişkliyinə qarşı mübarizə üçün sənaye dövlətlərinin pul ödəməsini və meşə ərazilərində yaşayan insanların hüquqlarına hörmət edilməsini tələb edən aksiyalar keçirib.

iqlim dəyişikliyi ilə mübarizə üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsini tələb edən aksiyada “Pay up” (Ödəmə vaxtıdır) şüarı olan pankart açılıb.

Tədbirdə “Genosid yanacağını dayandırın!”, “Qlobal Şimal hökumətləri iqlim maliyyəsi üçün ildə 5 trilyon dollar pul ödəyin!”, “Qalıq yanacaqlara yox!”, “Karbon bazarına yox!” və başqa şüarlar qaldırılıb.

Fəallar iqlim təşəbbüslərinin maliyyələşdirilməsinin vacibliyinə, xüsusilə də iqlim böhranının nəticələrindən ən çox əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin dəstəklənməsinə diqqət çəkməyə çalışıblar.

Brazilyalı ekofəallar isə meşə ərazilərində yaşayan insanların hüquqlarının müdafiəsi məqsədi ilə aksiya keçirib. Onlar “COP30 üçün insanlara vədlərinizi verin!”, “İndi iqlim!”, “İndi demarkasiya!” şüarları qaldırıb.  

Previous Post

Environmental activists hold rallies at COP29 site

Next Post

Eco-activist actions at COP29

Start typing to see you are looking for.