Dekabrın 20-də Apellyasiya Məhkəməsi Hafiz Babalının üç şikayətinə baxacaq

[vc_row][vc_column][vc_column_text]Dekabrın 20-də saat 15:00-da Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı jurnalist Hafiz Babalının həbsindən şikayətə baxılacaq. Proses Həsən Əhmədovun sədrliyilə keçiriləcək. Bu barədə Turan-a vəkil Rəsul Cəfərov bildirib.
Sabah Bakı Apellyasiya Məhkəməsində Babalı ilə bağlı əməliyyat-axtarış tədbiri və onun bank hesablarına həbs qoyulmasından şikayətlərə baxılacaq, vəkil qeyd edib.
Dekabrın 13-də Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə saxlanılıb. O, Abzas Media jurnalistlərinin işi üzrə cəlb edilib.
Dekabrın 14-də Xətai Rayon Məhkəməsi Hafiz Babalının 3 ay müddətinə ilkin həbsi barədə qərar qəbul edib.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The Court of Appeal will consider three complaints by Hafiz Babala on December 20

Next Post

The court again refused to transfer Gubad Ibadoglu to a medical institution

Start typing to see you are looking for.