Dekabrın 21-də Tofiq Yaqublunun həbsindən apellyasiya şikayətinə baxılacaq

[vc_row][vc_column][vc_column_text]Dekabrın 21-də Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun həbsinə dair apellyasiya şikayətinə baxacaq. Bu barədə Turan-a onun qızı Nigar Həzi bildirib.
Dekabrın 15-də Nərimanov Rayon Məhkəməsi Yaqublunu dələduzluq və sənədlərin saxtalaşdırılması ittihamı ilə 4 ay müddətinə həbs edib. Vəkil Nemət Kərimli jurnalistlərə bildirib ki, istintaq hesab edir ki, Yaqublu azadlığa çıxsa, “istintaqa mane ola və gizlənə bilər”.
Yaqublu ittihamları rədd edərək cinayət işini müxalifətyönlü fəaliyyətilə əlaqələndirib.
İstintaq Yaqublunu qanunsuz immiqrasiyanın təşkili məqsədilə saxta sənədlər hazırlamaqda ittiham edir.
Bundan əvvəl Tofiq Yaqublu dəfələrlə cinayət və inzibati həbslərə məruz qalıb və “vicdan məhbusu” kimi tanınıb.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

Appeal against arrest of Tofik Yagublu will be considered on December 21

Next Post

Arif Hajily’s son placed under house arrest

Start typing to see you are looking for.