Əli Əliyev 3,5 il müddətinə azadlıqdan məhrum edilib

Sabunçu Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyevə hökm oxunub. Məhkəmənin qərarı ilə o 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Müdafiə tərəfi hökmdən şikayət verməyi planlaşdırır.

Çərşənbə axşamı Vətəndaş və İnkişaf Partiyasının  lideri Əli Əliyevin işi üzrə prosesdə dövlət ittihamçısı çıxış edərək Əliyevin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

O həmçinin yeni iş üzrə cəzanın (3 il 11 ay) əvvəlki cinayət işi üzrə cəzanın çəkilməmiş hissəsilə birləşdirilməsini təklif edib.

Xatırladaq ki, Əliyev Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə (xuliqanlıq niyyətilə sağlamlığa qəsdən zərər vurma) ittiham olunur. Əsasən o, kamera yoldaşını döyməkdə təqsirli bilinir.

Əliyev ittihamları rədd edib və həbs cəzasının uzadılması üçün ona qarşı təxribat törədildiyini bildirib. “Bu, bu il mənə qarşı açılan dördüncü cinayət işidir və onların hamısı siyasi fəaliyyətə görə cəzalandırma məqsədilə saxtalaşdırılıb”, – Əliyev deyib.

Proses davam edir.

Xatırladaq ki, 2022-ci il yanvarın 13-də Bakının Yasamal Rayon Məhkəməsi Əli Əliyevi böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edib.

Sərhəd xidmətinin polkovnik-leytenantı Emil Cəfərov ona qarşı xüsusi ittiham qaydasında şikayət verib. Sərhəd xidmətinin digər zabiti Ramin Ədilov da Əliyevə qarşı analoji şikayətlə müraciət edib. Bu şikayət əsasında Əliyev daha bir ay həbs cəzası alıb.

Onların hər ikisi noyabrın 30-da Xızı rayonu ərazisində qəzaya uğrayan Mi-17 helikopterində sağ qalanlardır. İddiaya 9 dekabr 2021-ci il tarixində Əliyevin Osmanqızı TV Youtube- kanalına verdiyi müsahibə səbəb olub. Əliyev ehtimal edib ki, vertolyot xarici təsir nəticəsində qəzaya uğraya bilər, ona görə də Sərhəd Xidmətinin vertolyotuna hücum Azərbaycan sərhədinə hücum kimi qiymətləndirilməlidir.

Əliyev təxribatın arxasında uzun müddətdir ki, Azərbaycan sərhədini nəzarətə götürməyə çalışan Rusiyanın ola biləcəyini istisna etməyib.

Sonradan hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyuşovun iddiası ilə Əliyevin cəzası 1 ilədək artırılıb. Avqustda Əli Əliyevə qarşı dördüncü cinayət işi açılıb.

Previous Post

Ali Aliyev sentenced to 3.5 years in prison

Next Post

The oppositionist was released after recovering the debt

Start typing to see posts you are looking for.