Dövlət ittihamçısı AFR-dən deportasiya olunan fəal üçün 7 il 6 ay həbs istəyib

Bu gün, iyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Almaniyadan Bakıya deportasiya olunduqdan sonra həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı (AXCP) Pünhan Kərimlinin 7 il 6 ay azadlıqdan məhrum edilməsi istəyib.

Prokuror AXCP fəalına qarşı verilən narkotik ittihamının məhkəmədə sübut olunduğunu bildirib. 

Vəkili Cavad Cavadov isə narkotik ittihamının əsassız olduğunu, onun siyasi baxışlarına görə həbs edildiyini bildirib.

Vəkil deyib ki, Pünhan Kərimlıiyə qədər Almaniyadan deportasiya edilən dörd nəfər eyni qaydada narkotik ittihamıyla həbs edilib.

“Bu göstərir ki, deportasiya olunan fəal şəxslərə qarşı sistemli basqılar var”, deyə o qeyd edib.

Cavadov Pünhan Kərimlinin saxlanılarkən və  sonra polis idarəsində işgəncəyə məruz qaldığını diqqətə çatdırıb və bəraət istəyib.

Kərimli iyulun 27-də məhkəmədə son sözlə çıxış edəcək.

Pünhan Kərimli 2018-ci ilin oktyabrında Almaniyaya mühacirətə gedib. O, mühacirətdən öncə AXCP fəalı kimi etiraz aksiyalarında iştirak etdiyi üçün təqiblərə məruz qaldığını və bu səbəbdən ölkəni tərk etməyə məcbur olduğunu bildirib. 2021-ci ilin noyabrında Kərimli Azərbaycana geri göndərilib və 2022-ci il yanvarın 25-də saxlanılıb.

O, narkotik vasitələrin satış məqsədilə əldə edilməsində ittiham edilir.

Kərimli isə ittihamı qəbul etmir, özünü təqsirli bilmir.

“Mənə açıq şəkildə dedilər ki, prezidenti tənqid etdiyinə, Almaniyada etiraz aksiyalarında iştirakına görə həbs olunursan. Məndən narkotik tapılmayıb, cibimə özləri atıblar”, Kərimli məhkəmədə ifadəsində belə deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Almaniyadan deportasiya edilən mühacirlərin polis tərəfindən şərlənməsi haqda iddiaların əsassız olduğunu bildirib: “Bu cür fikirlər qətiyyən həqiqətə uyğun deyil”, deyə o qeyd edib.

Previous Post

The state prosecutor proposed to condemn the activist deported from Germany to 7.5 years

Next Post

Ali Aliyev convicted of slander for third time

Start typing to see posts you are looking for.