Dövlət Məşğulluq Agentliyi Alternativ Enerji Agentliyinin keçmiş rəhbərinin ailəsindən ofis icarəyə götürüb

Dövlət Məşğulluq Agentliyi (DMA) “Makaz Konstrakşn” MMC ilə iki il müddətinə bina icarəsi üçün müqavilə bağlayıb. Bu barədə Dövlət Elektron Satınalmaların Vahid Portalı məlumat verir. 

Şirkət tender yolu ilə seçilib. “Makaz Konstrakşn” MMC-yə 2300 kvadratmetr sahəni icarəyə götürdüyü üçün 743 800 AZN (437 500 ABŞ dolları) ödəniləcək. DMA-nın mətbuat xidmətindən Turan-a bildiriblər ki, 1 m2 üçün icarə haqqı 13 manat (ƏDV daxil) təşkil edəcək.

Bu ilin mart ayında Agentliyin strukturunda dəyişikliklər edilib. “Yeni iqtisadi zonalara uyğun olaraq rayon Məşğulluq idarələri, 3 yeni Mərkəzi İdarə yaradılıb. Yeni yaradılmış Mərkəzi Mühasibatlıq və Təyinat filialı və Mərkəzi Monitorinq və Qiymətləndirmə filiallarının, o cümlədən Agentliyin aparatının 5 departamentinin fəaliyyətinin təşkil olunması üçün yeni ofis sahəsinə  ehtiyac yaranıb”, – deyə DMA-dan bildirilib.

Bu strukturlar  “Makaz Konstrakşn” MMC Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 27-29 ünvanında yerləşən tam təmirli ofisində yerləşəcək. 

“Makaz Konstrakşn” MMC MMC 2009-cu ilin noyabrında Anar Füzuli oğlu Babayev tərəfindən təsis edilib. Yerli mətbuat iddia edir ki, şirkət hazırda ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin keçmiş direktoru Bədəlov Akim Bədəl oğlu və onun ailə üzvlərinə məxsusdur.

Previous Post

State Employment Agency to rent office from family of former head of Alternative Energy Agency

Next Post

A group of victims holds a protest in front of the villa of the ex-Minister of State Security

Start typing to see posts you are looking for.