Fəallar Saleh Rüstəmovu müdafiə aksiyası keçirmək niyyətindədirlər

Bakı Şəhər İcra Hakimiyyətinə dekabrın 1-də Bakının mərkəzində siyasi məhbus Saleh Rüstəmovun azad edilməsi tələbi ilə etiraz aksiyası keçirilməsi niyyəti haqqında bildiriş göndərilib. Müraciət gənc fəallar İlkin Rüstəmzadə və Mete Türksoy adından göndərilib.

“Saleh Rüstəmov 25 gündür aclıq edir. Onun həyatı təhlükədədir. Biz Saleh Rüstəmovun azad edilməsi tələbi ilə dinc mitinq keçirmək hüququmuzdan istifadə etmək qərarına gəldik. İcra hakimiyyətinə mitinq iştirakçılarının təhlükəsizliyini təmin etmək xahişi ilə müraciət göndərdik”, deyə Rüstəmzadə Turan agentliyinə bildirib.

Aksiyanın dekabrın 1-də saat 15:00-da Fəvvarələr Meydanında “Qarabağ veteranına azadlıq!” şüarı altında keçirilməsi planlaşdırılır, deyə o qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb.

Previous Post

Campaign in defense of Saleh Rustamov is growing

Next Post

Activists intend to hold a protest action in defense of Saleh Rustamov

Start typing to see you are looking for.