Fəal Cəlil Zabidov həbs edilib

“Demokratiya-1918” Hərəkatının üzvü Cəlil Zabidov 25 sutka həbs edilib. Bu barədə hərəkatın bəyanatında deyilir.

Zabidov dünən günorta saatlarında daimi yaşadığı Yardımlı rayonunda kafelərdən birində saxlanılıb.

Bir neçə saatdan sonra rayon məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabe olmamaq) maddəsilə təqsirli bilərək 25 sutka həbs cəzasına məhkum edib.

Hərəkatda hesab edirlər ki, Zabidov sosial şəbəkələrdə ölkə rəhbərliyini sərt tənqid etdiyinə görə təqib olunur.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.  

Cəlil Zabidov bundan öncə də sosial şəbəkələrdəki çıxışlarına görə həbslərə məruz qalıb.

Previous Post

Two activists deported from Germany on charges of illegal drug trafficking

Next Post

Activist Jalil Zabidov arrested

Start typing to see posts you are looking for.