Gəncədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı narkotik maddələrin yayılmasında ittiham olunub

Noyabrın 26-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şahin Həsənov Gəncə şəhər polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Turan-a Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildiriblər.

Məlumatda deyilir ki, onun evində axtatış aparılıb.

Partiyanın  məlumatına görə, şahmat məşqçisi olan Hacıyevə qarşı  narkotik maddə  ittihamı ilə cinayət işi açmaq istəyirlər.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hesab edir ki, Hacıyev siyasi fəaliyyətinə görə təqib edilir. Onun sözlərinə görə, təkcə bu il polis tərəfindən dəfələrlə saxlanılıb, 2 dəfə inzibati qaydada 30 sutka müddətinə həbs olunub: “Onun  polis tərəfindən daimi təqib altında olması sosial şəbəkələrdə yazdığı sərt tənqidi qeydlərlə bağlıdır. Bu dəfə daha ciddi cəzalandırmaq  istəyirlər”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətində  Hacıyevin narkotik vasitələr şübhəsilə saxlanıldığını təsdiqləyiblər. “Hazırda araşdırma aparılır”,-   mətbuat xidmətindən bildiriblər.

Previous Post

Nephew of the arrested blogger has been attacked

Next Post

In Ganja, a PFPA activist was accused of distributing drugs

Start typing to see you are looking for.