Gənc politoloq Bəhruz Səmədov saxlanılıb

Avqustun 21-də axşam saatlarında gənc politoloq Bəhruz Səmədov Bakıda saxlanılıb. Nənəsi Zibeydə Osmanovanın Turan-a verdiyi məlumata görə, o, saat 16:00 radələrində dostu ilə görüşmək üçün evdən çıxıb.

“Yarım saat sonra evimizə 5-6 nəfər gəldi, özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim etdilər və Bəhruzdan narkotiklə məşğul olduğu haqqında şikayət olduğunu dedilər.

Onlar evdə axtarış apardılar və Bəhruzun kompüterini, pasportunu, xarici ali məktəbləri bitirdiyinə dair iki diplomunu, ingilis dilində içində Bəhruzun məqaləsi olan kitabı götürdülər. Heç bir narkotik tapmadılar”, deyə Osmanova bildirib.

Sonradan Vəfa adlı bir vəkil ona zəng edib və Səmədovun “dövlətə xəyanətdə” şübhəli bilindiyini, guya ermənilərlə yazışmasının aşkar edildiyini, onların sifarişi ilə məqalələr yazdığını deyib.

Osmanova bu ittihamları təkzib edir. “Bəhruz elmi araşdırmalarla məşğul idi. O, Çexiyada Karlov Universitetində doktoranturada oxuyur. Bir ay əvvəl tətilə gəlib”, deyə Osmanova bildirib. Onun sözlərinə görə, bu gün o, geri qayıtmalı idi.

Səmədov Qərb KİV-lərində və analitik nəşrlərdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidi məqalələr və şərhlər dərc etməsi ilə məşhurdur. O, OC Media-nın və https://bakuresearchinstitute.org/ saytının müəllifidir. Pasifist baxışları ilə tanınır.

Previous Post

Young political scientist Bahruz Samedov detained

Next Post

The detention periods of Anar Mammadli and Imran Aliyev have been extended by another 3 months.

Start typing to see you are looking for.