Gəncədə AXCP fəalına qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb

Mayın 28-də Gəncədə saxlanılan Xalq Cəbhəsi Partiyasının fəalı Razi Alışova qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Mayın 30-da məhkəmə onu 2 ay müddətinə həbs edib. Bu barədə Turan-a AXCP-dən bildiriblər.

Partiyada hesab edirlər ki, fəal siyasi fəaliyyəti ilə əlaqədar uydurma ittihamla təqib edilir. AXCP-dən həmçinin Alışovun hakimiyyətin AXCP və “Müsəlman Birliyi” Hərəkatının fəallarının əməkdaşlığına mane olmaq məqsədilə sosial şəbəkələrdə saxta profillər yaratmaqla və müxalifətçilərin hesablarını oğurlamaqla törətdiyi təxribatı ifşa etdiyinə diqqət çəkiblər.

AXCP Alışovun müdafiəsinə müstəqil vəkil cəlb etməyi planlaşdırır. Vəkil ilk iş olaraq apellyasiya şikayəti verəcək.

DİN-in mətbuat xidmətindən Alışova qarşı CM-in 234.2-ci (narkotik vasitələrin qanunsuz yolla əldə edilməsi və ya satış məqsədilə saxlanması) maddəsi ilə ittiham irəli sürüldüyünü və onun həbs edildiyini təsdiq ediblər. Amma DİN 3 ildən 7 ilədək həbs cəzası gözləyən Alışovun siyasi motivlərlə təqib edildiyini təkzib edir.

Previous Post

PPFA activist charged with drug trafficking in Ganja

Next Post

Action of protest by relatives of political activists who were deported from Germany

Start typing to see posts you are looking for.