Həbs edilmiş jurnalist beynəlxalq ictimaiyyətdən yardım istəyib

16 saylı cəzaçəkmə müəssiəsində saxlanılan hüquq müdafiəçisi və jurnalist Elçin Məmməd vəziyyətilə bağlı müstəqil media qurumlarına, beynəlxalq hüquq təşkilatlarına, xarici ölkə səfilrikklərinə və diplomatik nümayəndəliklərinə müraciət ünvanlayıb.

E.Məmməd iki ilə yaxındir ki, həbsdə saxlanılmasını “törətmədiyi cinayətə görə çəza çəkməsi”, “girovluqda saxlanması” kimi dəyərləndirir. “Əsassız yerə həbs olunmağımla yanaşı, hüquqlarım pozulur və ayrı-seçkiliyə məruz qalıram. Mənə təyin edilən cəzanın yüngülləşdirilməsi ilə bağlı müraciətlərim də rədd edilir”, deyə bildirir.

Bununla bağlı apellyasiya şikayəti verdiyini deyən E.Məmməd müsbət cavab alacağına inanmadığını vurğulayır.

Səbəbini isə belə izah edir ki, həbsi sifarişlidir və müəyyən dairələrin hədəfinə çevrilib. Onun fikrincə, həyatı və təhlükəsizliyi risk altındadır, artıq hüquqlarını bərpa edəcəyinə ümidi yoxdur.

“Məhkəmələr qərəzli qərarlar çıxarır və sanki məndən qisas alrılar. Hər an həbsxanada təxribatlara məruz qala bilərəm və mənə əlavə cəza da verilə bilər”.

Həbsini sifarişli hesab edən E.Məmmədə görə, bu adamlar ədliyyə orqanlarına da təsir imkanlarına malikdir və həbsdə olması həyatını risk altına atır.

O vurğulayır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xahişi ilə cinayət işi Baş Prokurorluğun nəzarətinə götürülsə də, hər hansı müsbət nəticə yoxdur.

E.Məmməd deyir ki, hüquqlarının müdafiəsilə bağlı ailəsi və vəkili vasitəsilə ərizələrinin müvafiq instansiyalara çatdırılmasına imkan vermir. “16 saylı cəzaçəkmə müəssisəsində sənədlərim ciddi senzuraya məruz qalır və 4 aydan çoxdur ki, vəkilimin sorğularına cavab verilmir. Ailəmlə əlaqə saxlamağa məhdudiyyətlər qoyulur”, deyə vurğulayır.

Səhhət barədə danışan E.Məmməd səhhətinin pisləşdiyini, “hepatit-C” xəstəsi olduğunu, həbsxana şəraitinin sağlamlığına mənfi təsir etdiyini, əsəblərinin korlandığını, prostatitdən əziyyət çəkdiyini nəzərə çatdırıb.

E.Məmməd deyir ki, ondan götürülmüş qan və digər müayinələrin nəticəsi ilə bağlı vəkilinin sorğusuna 5 aydır ki, cavab verilmir.

Hüquq müdafiəçisi müraciət etdiyi qurumları pozulmuş hüquqlarının bərpasına yardımçı olmağa çağırır.

Previous Post

Saleh Rustamov pressured in prison hospital

Next Post

The convicted journalist asked the international community for help

Start typing to see posts you are looking for.