[vc_row][vc_column][vc_column_text]Jurnalist Hafiz Babalı “Abzas Media” nəşrinin əməkdaşlarına qarşı cinayət işi çərçivəsində saxlanılıb, bu barədə Turan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.
Yada salaq ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları dekabrın 13-də “Turan” agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Babalı saxlayıblar.
Bunun ardınca jurnalistin mənzilində axtarış aparılıb, kompüteri, mobil telefonu və sənədləri götürülüb.
Babalı korrupsiya ilə bağlı jurnalist araşdırmaları ilə tanınır.
Noyabrın 20-dən sonrakı dövrdə “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı və müxbir Nərgiz Absalamova saxlanılıb. Onlar “xarici valyuta qaçaqmalçılığı” maddəsi ilə ittiham olunurlar. [/vc_column_text][/vc_column][/vc_row]