İctimai fəal Bəxtiyar Hacıyevin oktyabrın 7-də polis tərəfindən saxlanılıb

İctimai fəal Bəxtiyar Hacıyevin oktyabrın 7-də polis tərəfindən saxlanıldığı və fiziki təzyiqə məruz qaldığını bildirilir. 

Bu barədə məlumat verən B.Hacıyevin sözlərinə görə Prezident İlham Əliyevin keçəcəyi kortejinə görə bağlanmış boş yolunu çəkdinə görə polis əməkdaşı tərəfindən saxlanılıb. “Telefonla boş yolun fotosunu çəkdim. Bu zaman bir polis əməkdaşı mənə yaxınlaşdı, vəsiqəmi istədi. Mən də şəxsiyyət vəsiqəmi təqdim etdim. O isə məndən” “yolu çəkməyə icazə olan vəsiqə”ni istədi. Mən də “yolun şəklini çəkmək üçün vəsiqə lazım deyil” dedim və şəxsiyyət vəsiqəmi geri istədim. O isə vəsiqəmi qaytarmayaraq məni hədələməyə başladı ki, səninlə hələ işim çoxdur, gözlə”.

Fəalın iddiasına görə, “o zaman ofisə göndərərsiniz, mən gedirəm” deyəndə kobud rəftarla üzləşib. “Polis əməkdaşı çox kobud qışqıraraq, kəmərimdən və qolumdan yapışdı. Mən ona vətəndaşla belə danışa bilməyəcəyini bildirəndə yanındakı polisdən gözyaşardıcı bibər qazı istədi, amma vermədilər. PPX maşınının qapısını açdı, məni itələyərək maşına mindirdi və özü də mindi. Maşına girən kimi başladı qolumdan vurmağa və təhdid etməyə, mən də ona cavab verdim və dava başladı”. 

B.Hacıyev qeyd edib ki, onunla bir yerdə digər vətəndaş da saxlanılıb. “Maşın qapısını açıb, ətrafdakı vətəndaşlara “biriniz 102-yə zəng edin” dedim. Əlində telefon olan bir vətəndaşı da maşına otuzdurub, 27-ci bölməyə gətirdilər. Orada mübahisənin səbəbini soruşanda mən “vətəndaşla kobud, söyüşlə danışır” deyəndə yenə təhqir etdi və üstümə hücum çəkdi. O mənə nə dedisə, mən də özünün başa düşəcəyi dildə cavabını verdim. Ətrafında özü ilə gələn bir neçə PPX əməkdaşı olsa da, biri də müdaxilə etmədi. Bir neçə il əvvəl sınmış sol qolumdan bir neçə dəfə yumruqla vurdu. Poqonlarını çıxarıb, üstümə hücum çəkməyə başladı”. 

Onun sözlərinə görə, bir müddət saxladıqdan sonra polis bölməsinin rəisin qəbulunda oldu. “Vəziyyəti izah etdim, xəbərdarlıq etdilər ki, prezident korteji keçəndə küçəni çəkmək olmaz, buraxdılar”.

Fəal əlavə edib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət edib. “Hazırda qolum ağrıyır, həkimin müayinəsinə gedirəm”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turana bildirib ki, fiziki təzyiqi ilə bağlı deyilənlər əsassızdır. “Bəxtiyar Hacıyevlə profilaktik söhbət aparılıb və o sərbəst buraxılıb”.

Previous Post

The ECHR ordered the Azerbaijani government to pay 35 applicants over 176,000 euros

Next Post

Police detained Bakhtiyar Hajiyev

Start typing to see posts you are looking for.