İctimai fəal Maqsud Əliyev həbs edilib

Avqustun 16-da ictimai fəal Maqsud Əliyev Binəqədi Rayon Polis İdarəsinin 40-cı bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və inzibati qaydada 30 sutka həbs edilib. O, polisə tabe olmamaqda ittiham olunub. Bu barədə fəalın atası Faiq Əliyev bildirib.

Onun sözlərinə görə, fəalın saxlanılması ilə bağlı ailəyə məlumat verilməyib. Ata oğlunun saxlanılmasını onun dostlarından öyrənib.

Atanın sözlərinə görə, fəal avqustun 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə prezident İlham Əliyevin haqqında verdiyi suala görə təqib olunur. Bu, Caspian PlatForum İnternet- platformasında “Demokratik dəyişikliklər üçün insan resursları” mövzusunun müzakirəsi zamanı baş verib.

“Müdafiə xətti” hüquq- müdafiə təşkilatı fəalın həbsini pisləyib və onun işini nəzarətə götürüb. Maqsud  Əliyevin hüquqlarının müdafiəsinə Vəkil Nemət Kərimli cəlb edilib. Bazar ertəsi vəkil onunla görüşməyə çalışacaq.  

Həbsdən apellyasiya şikayəti veriləcək, “Müdafiə xətti”nin direktoru Rüfət Səfərov bildirib.

Öz növbəsində Daxili İşlər Nazirliyi Maqsud Əliyevin “hansısa suala görə” həbs edilməsilə bağlı deyilənləri əsassız adlandırıb.

Previous Post

Public activist Magsud Aliyev has been arrested

Next Post

The ECHR granted the complaint of the opposition leader Yadigar Sadigly

Start typing to see posts you are looking for.