İki AXCP fəalı inzibati həbsə məruz qalıb

Martıın 31-də Bakının Yasamal rayon məhkəməsi Xalq Cəbhəsi Partiyasının Yasamal rayon təşkilatının sədri Ceyhun Novruzovu 30 gün inzibati həbs cəzasına məhkum edib. Partiyanın digər üzvü – Səhlədar İsgəndərli 25 gün müddətinə həbs edilib. Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin tələblərinə tabe olmama) maddəsi ilə təqsirli bilinib, bu barədə Turan-a AXCP-nin mətbuat xidmətindən bildiriblər.

Hər iki fəal 1 saylı Bakı İstintaq Təcridxanasında 53 gündür azad edilməsi tələbi ilə aclıq edən AXCP üzvü Zamin Salayevin müdafiəsi məqsədilə martın 30-da Ədliyyə Nazirliyi qarşısında keçirilən etiraz aksiyasında saxlanılıb.  

AXCP-də Novruzovun və İsgəndərlinin həbsini toplaşmaq azadlığının pozuntusu kimi qiymətləndirirlər. Həbs qərarlarından apellyasiya şikayəti veriləcək.

Yasamal rayon məhkəməsi müxalifətçilərin həbs edilməsi haqqında məlumatı təsdiq edib.

Bir müddət əvvəl AXCP martın 30-da aksiyada 50-dən çox fəalın saxlanıldığını, onların əksəriyyətinin bir neçə saat sonra sərbəst buraxıldığını bildirmişdi. 

Previous Post

Two PFPA activists were subjected to administrative arrests

Next Post

The number of pending decisions of the ECHR on Azerbaijan is growing

Start typing to see posts you are looking for.