İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovdan sonra bu qurumun üzvü Elvin Mustafayev də saxlanılıb. Ona qarşı narkotik ittihamı irəli sürüldüyü bildirilir.

“Demokratiya-1918” Hərəkatının (D-18) sədri Əhməd Məmmədlinin bildirdiyinə görə, Elvin Mustafayev avqustun 4-dən yoxa çıxıb:

“Avqustun 4-də axşamdan onun telefonuna zəng çatmır. Biz əvvəldən danışmışdıq, avqustun 5-də onunla görüşməliydik. Lakin heç bir vasitə ilə onunla əlaqə yaratmaq mümkün olmadı”.

Avqustun 1-də moped sürən kuryerlərin etiraz aksiyası olub. Onlar polislərin nəqliyyat vasitələrinə cərimə meydançasına aparmasına etiraz ediblər. Kuryerlərin etiraz aksiyasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri də iştirak edib.

“Elvin Mustafayev özü bildirmişdi ki, polis aksiyadan sonra yaşadığı evin yaxınlığında onun barəsində məlumat toplamağa çalışıb”, – Əhməd Məmmədli əlavə edib.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov da aksiyadan sonra saxlanılaraq 30 sutkalıq həbs olunub.

DİN-dən məlumat almaq mümkün olmayıb.

Previous Post

Detained trade union activist Elvin Mustafayev

Next Post

Court of Appeal did not release Gubad Ibadoglu

Start typing to see you are looking for.