LGBT+ üzvünün qətli haqqında iş üzrə məhkəmə başlayıb

İyunun 20-si Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə LGBT+ nümayəndəsi Əvəz Hafizlinin qətlində təqsirləndirilən şəxs Əmrulla Gülaliyevin məhkəmə prosesi onlayn qaydada keçirilib.

Məhkəmə Əvəz Hafizlinin ailə üzvləri və vəkili olmadan keçiirlib. Mahiyyəti üzrə dinləmələr iyulun 4-nə təyin edilib.

Məhkəmə prosesi bitdikdən sonra bir qrup fəal məhkəmə zalının qarşısında etiraz ediblər. Onlar Əvəz Hafizlinin sadəcə qətilə yetirilmədiyini, onun qətlinə LGBT üzvü olmasının səbəb olduğunu və  buna görə də Əvəzin qətlinin siyasi olduğunu bildiriblər.

Fəallar “Əvəzin qatili dövlətdir”, “Cinayət Məcəlləsini yenilə” və s. şüarlar yazılan plakatlar qaldırıblar. Polis plakatları iştirakçıların əlindən alıb.

Xatırladaq ki, fevralın 22-si Əvəz Şıxməmmədov (Hafizli) əmisi oğlu Əmrulla Gülalıyev tərəfindən öldürülüb. Təqsirləndiirlən şəxs sərxoş olduğunu və aralarında yaranan mübahisə zamanı cinayəti törətdiyini bildirib.

Hafizli reportyor idi və etiraz aksiyalarını, o cümlədən LGBT nümayəndələrinin təqiblərinə qarşı etiraz aksiyalarını işıqlandırırdı. O, açıq təhdidlərə məruz qalırdı və təqsirkarların cəzalandırılması tələbi ilə təkbaşına aksiyalar keçirirdi.

Previous Post

Trial begins on murder case of LGBTI+ community member

Next Post

The Venice Commission of the Council of Europe “rejected” the Azerbaijani law on media

Start typing to see posts you are looking for.