Məhkəmə “Abzas Media”nın jurnalistlərinin vəsatətlərinin əksəriyyətini təmin etməyib

Çərşənbə axşamı “Abzas Media işi” üzrə prosesdə müdafiə tərəfi bəzi vəsatətlər qaldırıb, məhkəmə bunlardan yalnız birini təmin edib – müttəhimin müdafiəçinin yanında oturmasına icazə verib.

Eyni zamanda, cinayət işinə xitam verilməsi, işin əlavə istintaqa qaytarılması və həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatətlər təmin edilməyib.

Məhkəmə həmçinin jurnalistlərin prosesə buraxılması və dinləmələrin videoçəkilişinin aparılması barədə vəsatəti təmin etməyib. Mahiyyəti üzrə məhkəmə dinləmələri 28 dekabra  təyin edilib.

Jurnalistlərin yaxınları bildiriblər ki, onlar bütün ittihamları rədd ediblər və ruh yüksəkliyini qoruyurlar. Təqsirləndirilən jurnalist Hafiz Babalı hakim Rasim Sadıqovu siyasi sifarişi yerinə yetirməməyə və işə obyektiv baxmağa çağırıb.

Qərb dövlətlərinin bəzi sıra səfirliklərinin nümayəndələri prosesi prosesi müşahidə ediblər.

Previous Post

Court Rejects Most of the Motions in the Abzas Media

Next Post

Appeals Court Rejects Gubad Ibadoglu’s Request

Start typing to see you are looking for.