Məhkəmə blogeri islah işlərinə məhkum edib

Bu gün, martın 4-də Xaçmaz rayon Məhkəməsi hakim Anar Sadıqovun sədrliyi ilə jurnalist Cəmil Məmmədlini Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında iddia ərizəsi üzrə 1 il 6 ay islah işlərinə məhkum edib. Məhkəmənin hökmünə görə, jurnalistin qazancının 20 fazi dövlətin nəfinə tutulacaq.

Cəmil Məmmədli bildirib ki, məhkəmənin hökmü ilə razı deyil və apellyasiya şikayəti verəcək.

“Məhkəmə mənim heç bir vəsatətimi təmin etmədi. Rüşvətlə bağlı yazdıqlarımı sübut üçün məhkəməyə təqdim etdiyim şahidlərin heç biri dindirilmədi. Mən düzünü yazmışam və məhkəmənin qərarı ilə heç cür razılaşmıram. Bu səbəbdən də bəraət alanadək hüquq çərçivəsində mübarizə aparacağam”, deyə jurnalist bildirib.

2021-ci ilin martında Quba rayon (Bakıdan 168 kilometr şimal) icra hakimiyyəti başçısı Ziyəddin Əliyev müstəqil jurnalist Cəmil Məmmədlini xüsusi ittiham qaydasında məhkəməyə verib.

İcra hakimiyyəti başçısı jurnalistin Cinayət Məcəlləsinin 147-2-ci (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edib.

Cəmil Məmmədli iddianın onun “Qədim Qubanın müasir dövrü”, “Yolçunun fayton fırıldağı” araşdırma videoları ilə bağlı olduğunu bildirir.

Cəmil Məmmədli hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir. O, əvvəllər “Azadlıq Radiosu”nun bölgə müxbiri olub.

Previous Post

IRFS: The murder of Elmar Huseynov became the beginning of destroying the freedom of expression in Azerbaijan, which has to be prevented.

Next Post

The court sentenced the blogger to corrective labor

Start typing to see you are looking for.