Məhkəmə iflic olan fəalı yenə həbsdə saxladı

[vc_row][vc_column][vc_column_text]Çərşənbə axşamı Binəqədi Rayon Məhkəməsi birinci qrup əlil Famil Xəlilovun ev dustaqlığına köçürülməsi haqqında vəsatəti təmin etməyib.

Vəkil Bəhruz Bayramovun Turan-a verdiyi məlumata görə, Xəlilov məhkəməyə aparılıb. Fəal hər iki qolunun iflic olduğunu nəzərə alaraq, onun narkotik vasitə ticarətində ittiham olunmasının absurd olduğunu bildirib.

“Mən necə narkotik sata bilərdim?”, deyə o, hakim Aynurə Sadıqovaya xitabən bildirib. Lakin cinayətin heç bir dəlilinin olmamasına baxmayaraq, məhkəmə Xəlilovu həbsdə saxlayıb. Müdafiə tərəfi apellyasiya şikayəti vermək niyyətindədir.
* Xəlilov sığınacaq almaq ümidi ilə bir neçə il İsveçdə yaşayıb. Üç ayda bir ona xüsusi iynə vurulurdu, bu, onun vəziyyətini yüngülləşdirirdi. Bir il əvvəl, Azərbaycana deportasiya edildikdən sonra o, bu tibbi yardımdan məhrum olub və vəziyyəti pisləşib.

Əllərinin iflic olmasına baxmayaraq, Xəlilov sosial şəbəkələrdə fəal idi və kompüterdə ayaq barmaqları ilə yazırdı. O, hakimiyyəti tənqid edir və etiraz aksiyalarında iştiraka çağırırdı.

Xəlilov mayın 4-də saxlanılıb. Fəala qarşı CM-in 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. O, 12 ilədək azadlıqdan məhrum edilə bilər.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The court again left the paralyzed activist in custody

Next Post

Court investigation in case of “Kanal 11” founder scheduled for 29 May

Start typing to see posts you are looking for.