Məhkəmə Meydan TV-nin jurnalistlərini 4 ay müddətinə həbs

Məhkəmə Meydan TV-nin jurnalistləri Aysel Umudov,Aynur Elgünəş, Aytac Tapdıq, Natiq Cavadlı, Xəyalə Agayeva və müstəqil jurnalist Ramin Dekonu 4 ay müddətinə həbs edib.

Onların hamısı qaçaqmalçılıq ittihamını rədd edib və cinayət işini peşə fəaliyyətləri ilə əlaqələndiriblər.

Bu iş üzrə Ülvi Tahirov da həbs edilib. Vəkili Bəhruz Bayramovun sözlərinə görə, Tahirovun Meydan TV ilə heç bir əlaqəsi yoxdur. “Onlar Aynur Elgünəşlə sadəcə ailəvi dost idilər. Tahirovun evinda  axtarış zamanı külli miqdarda pul götürülüb. Lakin Tairov pulun vergi ödəyicisi kimi həyat yoldaşına məxsus olduğunu bildirib. Onun xidmətlərin göstərilməsi barədə  müqavilələri var və görülmüş işlər müqabilində  əmək haqqı  alınıb. Tahirovun özü 2022-ci ildən xaricə getməyib”, – vəkil bildirib.

Həbs qərarlarından apellyasiya şikayəti veriləcək.

Previous Post

Court arrests Meydan TV journalists for 4 months

Next Post

Photo reporter Ahmed Mukhtar arrested for 20 days

Start typing to see you are looking for.