
Məhkəmədə hər iki tərəf iştirak edirdi. Cavabdeh tərəf Rasət Pirisoy öz çıxışında bildirdi ki, mən belə hesab edirəm ki, iddiaçı tərəf liftlə bağlı məsələdə mənə sataşmaq istəyirdi. Mən isə yenə də qeyd edirəm ki, yazdığım yazı konkret şəxsə ünvanlanmayıb. Cavabdehin çıxışından sonra hakim elan etdi ki, məhkəmə hesab edir ki, poemada Fyodrun şəxsiyyətinə toxunulub-toxunulmadığını bilmək üçün mütəxəssis rəyi almalıyıq. Buna görə də məhkəmə bu poemanı Nəsimi adına Ədəbiyyat və Dilçilik İnistitutuna göndərəcək. Növbəti məhkəmə prosesi ekspertiza rəyindən sonra davam edəcək.
Xatırladaq ki, liftdən istifadəyə görə iddiaçı Fyodr Məhərrəmovla cavabdeh Rasət Pirisoy arasında münaqişə yaranmışdır. Bu söhbəti isə R.Pirisoy əvvəl “Petka” sonra isə “Fedka” adı altında qəzetdə dərc edib. İddiaçı isə hesab edirdi ki, R.Pirisoyun yazdığı yazıdakı personaj o özüdür. Və bu təkcə ona deyil bütün Şuşalılara qarşı təhqirdir. Bu yazıya görə isə R.Pirisoylunun ondan üzr istəməsini məhkəmədən xaiş edir.