Məhkəmə Bəxtiyar Hacıyevi azad etməyib

Dekabrın 20-də Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib.

Vəkil Şəhla Qumbətova prosesdən sonra jurnalistlərə a bildirib ki, 6 günlük aclıq nəticəsində Hacıyevin vəziyyəti pisləşib. Bununla belə, o, aksiyanı davam etdirir.

Müdafiə tərəfi bugünkü qərardan apellyasiya şikayəti verəcək.

Xatırladaq ki, Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə azad edilməyəcəyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib.

Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib və o, aclığa başlayıb.

Previous Post

The court did not release Bahtiyar Hajiyev

Next Post

Appeals court remands Bakhtiyar Hajiyev in custody

Start typing to see posts you are looking for.