Məhkəmə fəalın işgəncələrlə bağlı şikayətini təmin etməyib

Bakının Xəzər rayon məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovun vəkilinin şikayətini təmin etməyib. 

Şikayət Xəzər rayon Prokurorluğunun fəalın yerli polis bölməsində saxlanıldıqdan sonra işgəncələrə məruz qalması ilə bağlı cinayət işi açmaqdan imtina qərarından verilmişdi.

Vəkil Nemət Kərimlinin verdiyi məlumata görə, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Hümbətov bu il avqustun 11-də saxlanılıb. O, CM-in 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddə üzrə 6 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

O, Zirə sakini Yəmən Məmmədova bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Amma, hüquq müdafiəçilərinin qənaətinə görə, Hümbətova qarşı təxribat törədilib və fəalın həbsinin əsl səbəbi sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etməsidir.

Bir il əvvəl Hümbətov İnternetdə hakimiyyətin ünvanına tənqidi çıxışından sonra psixiatriya xəstəxanasına yerləşdirilmişdi.

Previous Post

Lawyer is concerned for his clients’ fate

Next Post

Court rejected activist’s complaint of tortures

Start typing to see posts you are looking for.