“Müdafiə xətti” sentyabrda vətəndaşların hüquqlarının pozulması barədə

October 4th, 2021

Oktyabrın 4-də “Müdafiə xətti” hüquq- müdafiə təşkilatı bu ilin sentyabrında insan hüquqlarının pozulması faktları haqda hesabatı təqdim edib. Monitorinqin nəticələri qanunsuz həbslər, həbsxanalarda təzyiqlər və zorakılıq faktlarının olduğunu göstərir, təşkilatın rəhbəri Rüfət Səfərov bildirib.

Əsasən o, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Əlizamin Salayevin 17 saylı koloniyanın rəisi Şakir Qəniyenin işgəncələrə, fəal Bəxtiyar Hacıyevin Bakı şəhər polis rəisi Əkbər İsmayılovun hədələrinə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, həbs olunmuş Niaməddin Əhmədov təzyiqlərə məruz qaldığını qeyd edib.

Xatırladaq ki, bu hüquq- müdafiə təşkilatı iyulun 14-15-də Bakıda Qarabağın müdafiəsilə bağlı çoxminlik kortəbii yürüş zamanı həbs edilmiş ictimai fəalların hüquqlarının müdafiəsi üçün yaradılıb.

Təşkilatın lideri Rüfət Səfərov keçmiş siyasi məhbusdur. Prokurorluğun müstəntiqi olduğu dönəmdə vətəndaşların hüquqlarının pozulmasına qarşı və buna görə işdən çıxarılıb, sonra isə uydurma ittihamla həbs edilib.