“Müsəlman Birliyi” Hərəkatının dördüncü üzvü narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilib

“Müsəlman Birliyi” Hərəkatının üzvü Mirtofiq Hüseynov narkotik alveri ittihamı ilə üç ay müddətinə həbs edilib. Bu barədə cümə günü Hüseynovun ailə üzvləri məlumat verib.

O, dekabrın 6-da axşam avtobus dayanacağında saxlanılıb və bir gün sonra Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsindən ailə üzvlərinə Hüseynovun narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunduğunu bildiriblər.

Məhkəmənin qərarı ilə Hüseynov 3 ay müddətinə həbs edilib. O, “Müsəlman Birliyi” Hərəkatının son 15 gündə qanunsuz narkotik alveri ittihamı ilə həbs edilən dördüncü üzvüdür.

Bundan əvvəl Şahin Qədirli, Samir Babayev və Nicat Əliyev həbs edilib. Hərəkatda hesab edirlər ki, fəallar uydurma ittihamlarla təqib olunur.

2017-ci ildə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Taleh Bağırzadə həbsxana rəhbərliyinin özbaşınalığına etiraz əlaməti olaraq noyabrın 26-dan 12 saylı cəzaçəkmə müəssisəsində aclıq edir.

“Müsəlman Birliyi” hərəkatı İranyönlü təşkilat hesab olunur.

Previous Post

Fourth member of “Muslim Unity Movement” arrested on drug trafficking charges

Next Post

Bakhtiyar Hajiyev arrested for a month and 20 days

Start typing to see posts you are looking for.